10 yanvar 2015 19:00
Simurq Şaxtyorla yoxlama oyunu keçirəcək
"Simurq"un Türkiyə toplanışı çərçivəsində qarşılaşacağı rəqiblərdən biri dəyişib. Azerisport.az xəbər verir ki, Zaqatala klubu Antalyada yanvarın 13-də Əlcəzairin "Əl Eulma" komandası ilə qarşılaşmalıydı.
Amma sonradan zaqatalalılar həmin rəqibin əvəzində Qazaxıstanın "Şaxtyor" klubu ilə oynamağa qərar veriblər.
