10 yanvar 2015 14:55

Aleksey Qay: Qəbələ yaxşı heyət formalaşdıra bilsə, istəyimizə çata bilərik

"Qəbələ"nin yeni transferi Aleksey Qayın azerisport.az saytına müsahibəsi

- Yeni komandanız necədir?
- Hadisələri qabaqlamaq istəmirəm. Hələ ki, hamı hər şeydən razıdır. Komandadakı atmosfer, futbolçuların bir-birinə münasibəti məni sevindirir.

- Yəqin ki, bu kluba Roman Qriqorçuka görə gəldiyinizi gizlətməyəcəksiniz...
- Baş məşqçinin məni komandasında görmək istəyi vardı. Müqavilə ilə bağlı da xüsusi fikir ayrılığımız olmadı. Hər şey çox sürətli alındı.

- Təcrübəli futbolçu olsanız da, ilk dəfə ölkə xaricində oynayacaqsınız. Çətin olmayacaq?
- Bu, mənim karyeramda ciddi addımdır. Yeni komandaya, mədəniyyətə mümkün qədər tez uyğunlaşmağım lazımdır.

- Artıq 32 yaşınız var. Səmimi olsaq, karyeranızı başa vurmaq, pul qazanmaq üçün gəldiyinizi demək olar?
- Mən futbol oynamaq və bundan həzz almaq istəyirəm. Hələ karyeramın nə qədər sürəcəyini bilmirəm. Mən futbolu daha gec buraxan futbolçulardan nümunə götürürəm. Belə nümunələr az deyil.

- Karyeranızı "Qəbələ"də bitirəcəksiniz, yoxsa, Qriqorçuk buradan ayrılan kimi, siz də gedəcəksiniz?
- İndiki məqamda nəsə proqnozlaşdırmaq çətindir. Bu günlə yaşayıram.

- Azərbaycana gələn əksər legionerlər sonradan ölkəmizdə belə güclü çempionat, klublar olduğunu gözləmədiyini etiraf edir. Bəs siz nə gözləyirsiniz?
- Həmişə güclü komandalarla oynamağı arzulamışam. Güclü çempionatda uğur qazananda, onun qiyməti daha yüksək olur.

- "Qəbələ"nin hazırda turnir cədvəlində neçənci yerdə getdiyini bilirsiniz?
- Hazırda yeni komanda formalaşdırılır. Ona görə də turnir cədvəlindən danışmaq yersizdir. Qarşımızda müəyyən hədəflər var ki, ona nail olmağa çalışacağıq. Hər şeyə rəğmən, iddialı olmağa davam etməliyik. Yaxşı kollektivimiz olsa, buna nail ola bilərik.

- Azərbaycana gəlişiniz Ukraynada necə qarşılandı?
- İnternetdə müxtəlif söhbətlərin şahidi olmaq mümkündür. Amma mən bunlara fikir verməməyə çalışıram. Hər kəsin öz fikri var. Mənim də futbola öz baxışım var. Həm də "Qəbələ"yə gəlmək barədə qərarı özüm qəbul etmişəm.

- Bəlkə tənqidlər haqlıdır? Çünki daha güclü çempionatdan zəif birinciliyə keçdiniz...
- Mən hələ Azərbaycan çempionatında oyuna çıxmamışam. Ona görə də çempionatın güclü və ya zəif olduğuna dair fikir söyləyə bilmərəm. Düzdü, Ukrayna çempionatının səviyyəsi yüksəkdir. Amma Azərbaycan çempionatının da güclü olacağına ümidliyəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.