10 yanvar 2015 14:15

Qəbələ U-15 komandasını da Antalyaya göndərir

"Qəbələ”nin 15 yaşadək futbolçulardan ibarət komandası təlim-məşq toplanışı keçmək məqsədilə sabah - yanvarın 11-də Türkiyəyə yola düşəcək. Azerisport.az xəbər verir ki, Mehman Yunusovun başçılıq etdiyi komanda 8 günlük hazırlıq dönəmində 3 yoxlama görüşündə qüvvəsini sınayacaq.

Bu rəqiblərdən ikisi məlumdur. “Qırmızı-qaralar” yanvarın 13-də “Laraspor”, 16-da isə “Antalyaspor”la üz-üzə gələcək. Yanvarın 18-nə nəzərdə tutulan üçüncü rəqibin adına yaxın günlərdə aydınlıq gələcək.

“Qəbələ” U-15 qardaş ölkəyə bu heyətlə gedəcək: Fərman Bayramov, Sərxan Osmanov, Əmrah Sülfüqarlı, Rüstəm Nuriyev, İzzət Müştaqov, Vüsal Məsimov, Arsen Ağcabəyov, Fəqan Məsimov, Rəşid Manafov, Fikrət Tağıyev, Eldost Qiyasbəyli, Elcan Hafizli, Fərid Quliyev, Qabil Sabirli, Tolqar Yaqubov, Elmir Tağıyev, Rəşad Tağıyev, Kamran Quliyev, Məhəmməd Abbaslı, Təbriz İsazadə.

“Qəbələ” Futbol Akademiyasının direktor müavini Nail Kərimov, akademiyanın baş məşqçisi Halim Fıçıcı, U-15 komandasının baş məşqçisi Mehman Yunusov, onun köməkçisi Şəhriyar Kərimli, fizioterapevt İlkin İslamov və inzibatçı Anar Musayev də komanda ilə Türkiyəyə yola düşəcəklər.

Yanvarın 20-dək davam edəcək hazırlıq günlərində komanda “Papillon Ayscha” otelində məskunlaşacaq. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.