10 yanvar 2015 12:10
Qəbələ malili hücumçunu baxışdan keçirir
"Qəbələ"nin düşərgəsinə baxışdan keçmək üçün yeni futbolçu gəlib. Azerisport.az xəbər verir ki, bu, malili Ulissa Diallodur.
O, hazırda Portuqaliyanın "Aruka" klubunda çıxış edir. Əvvəllər isə Livanın "Əl-Sahel" və Macarıstanın "Ferençvaroş" klublarının şərəfini qoruyub.
1992-ci il təvəllüdlü futbolçunun ampluası hücumçudur.
