10 yanvar 2015 11:50
İnterdə hollandiyalı yarımmüdafiəçi
Bakı "İnter"i Hollandiyanın "Feyenoord" klubunun yarımmüdafiəçisi Ruben Şakenlə güclənib. Azerisport.az xəbər verir ki, 6 dəfə ölkəsinin yığmasına da cəlb olunmuş 32 yaşlı holland futbolçu vaxtilə "Kambur", "Vendam" və "Venlo" kimi klubların da şərəfini qoruyub.
O, "Feyenoord"da beş mövsüm ərzində keçirdiyi 136 oyunda 18 qol vurub.
Qeyd edək ki, Hollandiya mətbuatı Şakenin "İnter"lə 1,5 illik müqavilə imzaladığını bəyan edib.
