10 yanvar 2015 11:30
Rubin Abışovun Qəbələdə qalmasına razılaşdı
Azərbaycan yığmasının yarımmüdafiəçisi Ruslan Abışov mövsümün sonunadək "Qəbələ"də qalacaq. Azerisport.az xəbər verir ki, Rusiyanın "Rubin" klubu müqavilə ilə onlara məxsus olan futbolçumuzun Azərbaycan klubunda qalmasına razılıq verib.
Qeyd edək ki, artıq iki gündür Abışov "Qəbələ"nin Antalyadakı toplanışında iştirak edir.
