10 yanvar 2015 18:45
XL Təkirdağspora qalib gələ bilmədi
Türkiyədə təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" bu gün ilk yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Elbrus Məmmədovun komandası yerli "Təkirdağspor" klubu ilə qarşılaşıb.
Qeyd edək ki, bu komanda Türkiyənin həvəskarlar liqasında çıxış edir. Amma cənublular sözügedən rəqibinə qalib gələ bilməyib. Oyunda 4 qol vurulsa da, qalib müəyyənləşməyib. Cənubluların qollarını Ağabala Ramazanovla Rahid Əmirquliyev vurub. Rəqib isə hər iki qolu ikinci hissədə, birini penaltidən vurub. Vyekoslav Tomiç bir penaltini dəf edib.
Yoxlama oyunu
10 yanvar
Xəzər Lənkəran - Təkirdağspor - 2:2
