10 yanvar 2015 11:20

İlqar Qurbanov: Foqts mənimlə qərəzlik edirdi, amma Prosineçkidən dəvət gözləyəcəyəm

"Qarabağ"ın futbolçusu İlqar Qurbanov azərisport.az saytına müsahibəsində istirahətdən, milli çempionatdan, Eddi İsrafilovun yığmaya cəlb olunmasından danışıb.

- Artıq istirahət başa çatır. İstirahətdən razı qaldın?
- 10-15 gün futbolsuz qalanda artıq darıxırıq. Bu müddətdə müəyyən mənada dincəldim. Yaxınlarda ikinci dəfə ata olmuşam. Demək olar ki, bütün vaxtımı balacaya həsr etdim. Məşqlərə hazıram. Sabah komanda Türkiyəyə yola düşür və biz çempionatın növbəti oyunlarına hazırlığa başlayacayıq.

- "Qarabağ" turnir cədvəlində "İnter"i 5 xal qabaqlayır. Çoxları Ağdam təmsilçisinin asanlıqla çempion olacağını düşünür. Siz nə fikirdəsiniz?
- 5 xal elə böyük fərq deyil. Özünüz düşünün bir oyunda qələbə qazanan komanda 3 xal əldə edir, deməli 5 xalı itirmək olar. Fevralda komandanı çətin oyunlar gözləyir. Rəqiblər bizə qarşı xüsusi əzmlə oynayır. Sözsüz istəyirik liderliyi sona qədər qoruyaq. Lakin asan mübarizə olmayacaq.

- Emeqaranın "Qarabağ"ə tərk etməsi komandaya necə təsir edəcək?
- Emeqara Reynaldo kimi komandaya faydalı futbolçu idi. Çempionatın hər matçında bizə kömək olurdu. Deyərdim ki, Azərbaycana gələn səviyyəli legionerlərdən biri idi. Şəxsi işlərinə görə Azərbaycanda qalmadı. Bununla belə Emeqaranın gedişi müəyyən mənada gözlənilməz oldu. "Qarabağ" heç vaxt bir futbolçudan asılı olmayıb. Ona görə yəqin əvəzinə başqa futbolçu dəvət olunacaq.

- Türkiyədə legioner limiti artırıldı. Rusiyada da bu yaxınlarda oxşar qərar qəbul ediləcək. Səncə Azərbaycanda da limit arıtırılmalıdır?
- Bizə gənc futbolçular lazımdır. İndiki limit daha yaxşıdır. Artırmağa ehtiyac yoxdu. Ona görə ki, gənc futbolçularımız ehtiyacda qalacaq. Milli komandanı gücləndirmək istəyiriksə gərək onlara şans verək.

- Limit artırılandan sonra Türkiyə və Rusiyada futbolçularımızın oynamaq şansı artır. Onlara legioner həyatı yaşamağa imkan yaranır...
- Limitin artırılması gənc futbolçularımız üçün fürsət olacaq. Onlar özlərini göstərməkdən ötrü qardaş ölkəyə gedə bilər. Bu mənada Türkiyədə azərbaycanlı futbolçuların oynamaq şansı çoxdur. Fikrimcə limitin artırılması gənclərin yolunu açır.

- "Qranada"da oynayan Eddi İsrafilov Azərbaycan millisində çıxış edəcək. Bu futbolçu haqda nə deyə bilərsən?
- Düzü oyununu izləməmişəm. Onun oyunuyla tanış deyiləm. Buna görə fikir bildirmək çətindir. Ona uğurlar arzu edirəm.

- İsrafilovun gəlişi Azərbaycan millisində nəyi dəyişə bilər?
- Bir futbolçuyla hər şey dəyişmir. Amma onun oyunu komandamızı gücləndirə bilər. Hər halda Robert Prosineçki onu bəyənib. Belə olmasaydı milliyə dəvət etməzdi. Bu mənada Eddinin komandamızda oyunu alınsa çox yaxşı olar.

- Berti Foqts səni Azərbaycan millisinə dəvət etmirdi. Robert Prosineçkinin vaxtı yığmadan dəvət gözləyirsən?
- Hər bir azərbaycanlı futbolçu kimi millidən dəvət gözləyirəm. Foqts mənimlə şəxsi qərəzlik edirdi. Amma Prosineçki kim güclüdürsə, onu çağıracaq. Əgər layiqəmsə, bu halda Prosineçkidən dəvət gözləyəcəyəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.