10 yanvar 2015 11:00

"Hər zaman məqsədim əsas komandaya düşmək olub"

“Qəbələ”nin Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı komandanın gənc futbolçusu Tellur Mütəllimov üçün xüsusi önəm kəsb edir. Azerisport.az xəbər verir ki, 20 yaşını bu il qeyd edəcək hücumçu 2015-ci ili əsas komandanın heyətində başlayıb.

Klubun futbol akademiyasının yetirməsi olan gənc istedad U-17, U-19 və əvəzedici komandada özünü yaxşı tərəfdən göstərdikdən sonra artıq neçə aydır ki, Premyer Liqa təmsilçisinin hazırlıqlarına cəlb olunur.

Mütəllimov toplanış haqda fikirlərini bölüşüb: “Türkiyədəki məşq prosesi maraqlı və səmərəli keçir. Qısa müddətdir hazırlığa start versək də, fərq hiss olunmaqdadır. Var qüvvəmizlə çalışıb, mövsümün ikinci hissəsinə hazırlaşırıq. Mən komandada yeni olsam da, hər hansı çətinliklə üzləşmirəm. Təxminən iki aydır burada olduğumdan komandaya uyğunlaşmışam. Əsas heyət üzvlərini də öncədən də tanıyırdım. Elə bu üzdən də əsas komandaya keçəndən sonra çətin olmadı”.

2014-cü ilin noyabrından əsas komandanın oyunlarına cəlb edilən Tellur XII turun AZAL-la oyunundan etibarən “18-lik”də yerini təmin edib. Ötən ilin son 7 oyununda əsas komandanın qarşılaşmalarında adı protokola daxil edilən yarımmüdafiəçi hələ debüt şansı qazanmasa da, “11-liy”ə düşmək üçün addım-addım irəliləyir:

“Qəbələ”nin akademiyasında olduğum 4 il ərzində həmişə əsas komandaya düşəcəyimə inanmışam. Bunun üçün çalışıb, səylə məşq etmişəm. Əvvəl U-17, ardınca U-19 və əvəzedicilərin heyətində çıxış etdiyim vaxtlarda da məqsədim əsas komandaya düşmək olub. Bu yolu addım-addım qət etmişəm. Hələlik əsas komandada yeniyəm. Bu üzdən səbirlə çalışıb, məşq etməliyəm. Buradakı rəqabətə hazıram. Əsas komandadayamsa, əlimdən gələn köməyi etməliyəm. Şans qazanacağım qarşılaşmalarda “Qəbələ”nin uğuru üçün çalışacağam”.

Qeyd edək ki, 2014/15 mövsümündə əsas komanda ilə yanaşı, əvəzedicilərin də heyətində meydana çıxan Mütəllimov 10 qarşılaşmada 1 qol vurub. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.