10 yanvar 2015 00:35

Antalyada 44-cü sınaq

Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışını davam etdirən “Qəbələ” 2015-ci ilin ilk sınağına çıxacaq. Azerisport.az xəbər verir ki, “qırmızı-qaralar” yeni ildə ilk yoxlama oyununda Hollandiyanın PSV klubunun ikinci komandası ilə görüşəcək. İlk dəfə baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında meydana çıxacaq “Qəbələ” ümumilikdə 68-ci beynəlxalq oyununda gücünü sınayacaq.

İndiyədək baş tutan oyunlardan ikisi rəsmi xarakter daşıyıbsa, 65-i yoxlama xarakterli olub. Avropa Liqasındakı iki matçı nəzərə almasaq, komanda beynəlxalq matçlarda 28 qələbə qazanıb, 13 heç-heçə edib, 14 dəfə uduzub. Xarici komandaların qapılarından 95 qol keçirən “Qəbələ” 73 top buraxıb.

2 beynəlxalq yoxlama oyununu Qəbələdə keçirən “qırmızı-qaralar” ölkə xarici toplanışlarda 63 belə matça çıxıb. 28 qələbə və 22 məğlubiyyəti olan komanda 13 dəfə bərabərliklə kifayətlənib. 94 dəfə qol sevinci yaşayan “Qəbələ” 69 top buraxıb.

Bu matçlar 5 müxtəlif ölkədə keçirilib. Türkiyədə 10, Sloveniyada 2, İngiltərə, Avstriya və Hollandiyanın hərəsində 1 toplanışda olan “Qəbələ” 11-ci dəfə qonşu ölkədə hazırlıq keçir. Antalyada 43 beynəlxalq matça çıxan “qırmızı-qaralar” 18 qələbə qazanıb, 12 heç-heçə edib, 13 dəfə uduzub. Həmin görüşlərdə top fərqi 68-51-dir. Türkiyədə 44-cü beynəlxalq sınağadək “Qəbələ” qardaş ölkədə Azərbaycan təmsilçisi ilə də 2 dəfə üz-üzə gəlib. Həmin vaxt Neftçi” ilə 2 görüş baş tutub.

Komanda indiyədək PSV ilə qarşılaşmasa da, Hollandiya klubları ilə əvvəllər də üz-üzə gəlib. 2014-cü ilin yayında Hollandiyada hazırlıq keçəndə 3 yerli klubla üz-üzə gəlmişdi. “Arnem”i 4:0 hesabı ilə məğlub edən “qırmızı-qaralar” “Alkmaar”a 0:2, “Herenven”ə 0:1 hesabı ilə yenilmişdi. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.