10 yanvar 2015 00:25
Ölkəmiz yalnız Braziliyadan geri qaldı
Türkiyə PTT 1-ci Liqasının ilk dövrəsində meydana çıxmış futbolçularla bağlı statistik məqamlar açıqlanıb. Azerisport.az xəbər verir ki, qardaş ölkənin bu çempionatında klubların heyətində ən çox legionerlə təmsil olunan Braziliyadır.
Sözügedən ölkədən 8 futbolçu PTT 1-ci liqa klublarında oyun keçirib. İkinci yerdə isə Azərbaycan gedir. Ölkəmizdən 6 futbolçu bu birinciliyin oyunlarında iştirak hüququ qazanıb.
Bolqarıstan, Kamerun, Nigeriya və Serbiya isə hərəyə 4 oyunçuyla üçüncü pilləni bölüşürlər.
