10 yanvar 2015 00:05
Hacıyevlə Novruzov Bakının məşqlərinə qatılmaq istəmir
"Bakı" Topaz Premyer Liqasının növbəti hissəsinə hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, komanda üzvlərinin əksəriyyəti məşqlərdə iştirak etsə də, Rəhman Hacıyevlə Nurlan Novruzov hələ də "zolaqlılar"ın düşərgəsinə qoşulmayıb.
Hər iki futbolçu müqavilə ilə "Bakı"ya məxsusdur. Amma onlar başqa klublarda oynamaq istədiklərinə görə doğma komandada məşq etmək belə istəmirlər.
Qeyd edək ki, hər iki futbolçunun "Neftçi"yə keçidi gündəmdədir.
