9 yanvar 2015 18:15
Simurq ispaniyalı futbolçu aldı
"Simurq" yeni futbolçu ilə güclənib. Azerisport.az xəbər verir ki, Zaqatala klubu ispaniyalı müdafiəçi Xuan Adnrea Alvardo ilə anlaşıb.
Tərəflər artıq 1.5 illik müqaviləyə imza atıblar. "Betis"in yetirməsi olan 30 yaşlı futbolçu 2010-cu ilədək bu komandada çıxış edib. Ondan sonra isə Alvardo "Tenerife"də, Belçika "Gent"ində, Moldova "Şerif"ində və Yunanıstan "Erqotelis"ində də oynayıb.
