9 yanvar 2015 17:45
Qarabağ sabah yola düşür
"Qarabağ" sabah yola düşür. Azerisport.az xəbər verir ki, 2014/15 mövsümünün 2-ci yarısına hazırlaşmaq üçün Türkiyəyə yollanacaq komandanın 20 günlük istirahəti başa çatır.
Ağdam klubu Bakı – İstanbul – Antalya reysiylə qardaş ölkəyə hərəkət edəcək. "Qarabağ" Türkiyədə 21 gün təlim-məşq toplanışında olacaq. Komanda fevralın 1-də Bakıya dönəcək.
Təlim-məşq toplanışı müddətində "Qarabağ" Bələk bölgəsindəki "İC Santai" otelində məskunlaşacaq. Qurban Qurbanovun komandası təlim-məşq toplanışı çərçivəsində 6 yoxlama maçında gücünü sınayacaq. (klub saytı)
