9 yanvar 2015 17:30
Orduspor azərbaycanlı futbolçu ilə razılığa gəlib
Türkiyənin "Orduspor" klubu azərbaycanlı futbolçu transfer etmək istəyir. Azerisport.az хəbər verir ki, bu barədə klubun prezidenti Nedim Türkmen deyib.
Lakin hələlik "Orduspor"un futbolçu transfer etməsi mümkün deyil. Belə ki, kluba bəzi futbolçulara borcu olduğu üçün transfer qadağası qoyulub. Nedim Türkmen bildirib ki, hazırda həmin futbolçularla danışıqlar gedir:
"Hər şeyə rəğmən, baş məşqçimizə transfer çalışmalarını sürdürməyi tapşırdım, o da "tamam" dedi. Transfer etməyimizi istərdim, amma olmur. Hətta transfer siyahımızda 6 oyunçu var ki, onlarla oyun başına razılıq da əldə etmişik. Bunların içində iki əcnəbi, bir də Azərbaycan əsilli futbolçu var. Amma təəssüf ki, gözləməkdən başqa çarəmiz yoxdur".
