9 yanvar 2015 16:00
Yaşar Vahabzadə yığmamıza baş məşqçi təyinatından danışdı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının yeni baş məşqçisi Yaşar Vahabzadə bu posta təyinatından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Namizədlərdən biri olduğumu bilirdim. İndi artıq rəsmən təsdiqləndim. 5 ildir Bernard Lippertlə birgə çalışırdıq. İndi məşqçi heyətində dəyişiklik olmayacaq. Məşqçi Babək Alxasov, eləcə də, qapıçılarla işləyən məşqçi Ramiz Əhmədov mənimlə birgə olacaq. İşimizi davam etdirməliyik. Gənclərə şans verməliyik. Əsas işimiz nəticə vermək və milliyə futbolçu hazırlamaq olacaq".
