9 yanvar 2015 15:45
Bakı Almaniyaya qol vurmuş futbolçunu sınaqdan keçirir
"Bakı" Premyer Liqanın 3-cü və 4-cü dövrəsinə hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, "zolaqlılar" qış təlim-məşq toplanışını öz bazasında həyata keçirir.
Hazırda paytaxt klubunda bir neçə futbolçu baxışdadır. Bunlar Tagim Novruzov, Kamil Nurəhmədov, Ramazan Abbasov və Murad Hüseynovdur.
Qeyd edək ki, sonuncu vaxtilə Azərbaycan yığmasında, "Qəbələ" və "Sumqayıt" klublarında da çıxış edib. O, hətta millimizin heyətində Almaniyaya qol da vurub.
