9 yanvar 2015 14:00
Qəbələnin maraqlandığı futbolçu ilinə 1 000 000 avro tələb edir
Ukraynanın "Volın" klubunun yarımmüdafiəçisi Erik Bikfalvi Qazaxıstan "Astana"sına keçməkdən imtina edib. Azerisport.az xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun da komandasında görmək istədiyi bu oyunçu qazaxlardan kifayət qədər yüksək məbləğ - ilinə 1 milyon avro tələb edib.
Rumıniya mətbuatının yazdığına görə, "Astana" onun bu istəyini qəbul etməkdən imtina edib. Çünki bu, onun indi "Volın"da qazandığından beş dəfə artıqdır.
Qeyd edək ki, Ukrayna çempionatının hazırkı bombardirinin "Qəbələ"dən nə qədər istədiyi hələlik, bəlli deyil.
