9 yanvar 2015 13:00
Bakı Madriddə sponsor tapdı
Növbəti mövsümdən "Bakı"nın yeni texniki sponsoru olacaq. Azerisport.az xəbər verir ki, paytaxt klubu "Nike" şirkəti ilə anlaşıb.
Bu barədə razılaşma klub prezidenti Hafiz Məmmədovun Madridə səfəri zamanı əldə olunub. Razılaşmaya görə, "Bakı"nın futbolçuları yeni mövsümdən "Nike" şirkətinin formaları və loqotipi ilə mübarizə aparacaq.
