9 yanvar 2015 12:30
Hafiz Məmmədov Milinko Pantiçlə görüşdü
"Bakı"nın prezidenti Hafiz Məmmədovun İspaniyada səfərdə olduğunu xəbər vermişdik. Azerisport.az xəbər verir ki, o, bu səfər çərçivəsində "Atletiko"nun prezidenti Enriko Sereso ilə görüşüb.
Azərbaycanlı biznesmen Madriddə həmçinin "zolaqlılar"ın sabiq baş məşqçisi Milinko Pantiçlə də görüş keçirib. Ötən mövsüm bu komandanı çalışdırmış serbiyalı mütəxəssis hər zaman keçmiş klubuna yardım etməyə hazır olduğunu bəyan edib.
