9 yanvar 2015 12:00
Millinin məşqçiləri Antalyaya Prosineçkisiz getdi
Azərbaycan yığmasının məşqçiləri Mahmud Qurbanov, Faiq Əzizov və Elxan Abdullayev Antalyaya yollanıblar. Azerisport.az xəbər verir ki, onlarla yanaşı baş məşqçi Robert Prosineçkinin üç əcnəbi köməkçisi də qardaş ölkəyə gedib.
Xorvatiyalı mütəxəssis özü isə yanvarın 11-də Türkiyəyə səfər edəcək.
