9 yanvar 2015 11:10

"O, bizi adlarımıza görə deyil, oyunumuza görə dəyərləndirir"

"Sentyabrın 28-dən - "Xəzər Lənkəran"la qarşılaşmadan bu yana yaşıl meydanlardan uzaq qalmışdım. Həmin matçda aldığım zədə məni uzun müddət futboldan ayrı saldı. Əməliyyat olundum, sonra isə bərpa prosesi keçdim. Artıq komanda ilə məşqlərə çıxıram. Düzdür, hələ tam gücümü ortaya qoya bilmirəm. Formaya düşmək, istənilən fiziki duruma çatmaq, 90 dəqiqə mübarizə aparmağa hazır olmaq üçün üçün hələ bir müddət məşq etməliyəm. Bu səbəbdən komanda ilə məşqlərdən öncə və sonra fərdi şəkildə hazırlıq keçirəm. Gücümü bərpa etmək üçün əlavə məşqlər vacibdir".

Azerisport.az xəbər verir ki, bu sözləri uzun müddət zədəli olan və komandasından ayrı qalan Ruslan Əmircanov söyləyib. Hazırda "qırmızı-qaralar"ın heyətində Antalyada mövsümün ikinci yarısına hazırlaşan təcrübəli müdafiəçi gələcəklə bağlı ümidli danışıb. Əmircanov komandanın fasilədən sonra istənilən səviyyədə çıxış edəcəyinə inandığını deyib:

"Hazırlığımız intensiv gedir, komanda gün keçdikcə gücünə güc qatır. Yeni baş məşqçimiz var. Onun "Qəbələ"yə xeyir verəcəyinə, komandamızın fasilədən sonra istənilən səviyyədə çıxış edəcəyinə inanırıq. Heyətimizə yeni futbolçular da qoşulub. Yeni olmalarına baxmayaraq, Aleksey Qay da, Rəşad Sadiqov da artıq kollektivə uyğunlaşıb. Məşqlərdə futbolçularda əzmkarlıq, mübarizə ruhu, rəqabət hiss olunur. Çünki hamı yaxşı bilir ki, heyətdə yer almaq üçün öz gücünü, bacarığını ortaya qoymalıdır. Dediyim kimi, baş məşqçimiz yenidir, o bizi adlarımıza görə deyil, nümayiş etdirdiyimiz oyuna görə dəyərləndirir. Komandada yer almaq istəyən çalışmalıdır. Heç vaxt mübarizədən, rəqabətdən çəkinməmişəm. Komandama xeyir vermək üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm. İnanıram ki, yaxın müddətdə ideal formamı bərpa edəcəyəm". (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.