9 yanvar 2015 11:00

Qəbələnin əvəzedici heyəti də başladı

“Qəbələ”nin əvəzedici heyəti 2014/15 mövsümünün ikinci yarısına hazırlıqları davam etdirir. Azerisport.az xəbər verir ki, iki mərhələdən ibarət hazırlıq keçəcək komanda yanvarın 5-də bir araya gəlib.

“Qırmızı-qaralar”ın Qəbələdə keçirilən bu təlim-məşq toplanışı yanvarın 14-dək davam edəcək. Gündə iki dəfə məşq keçən əvəzedicilər əsasən fiziki hazırlıqlara üstünlük verir. Luis Araqonun başçılıq etdiyi məşqçilər korpusu oyunçuları fiziki durumlarının yaxşılaşdırılmasına xidmət edən proqram üzrə çalışdırır. Bu proqrama əsasən səhər məşqləri güc, axşam hazırlıqları toplu çalışmalardan ibarətdir.

Bir günlük fasilədən sonra – yanvarın 16-da hazırlığın ikinci mərhələsi start götürəcək. Ayın 29-dək Türkiyənin Antalya şəhərində davam edəcək təlim-məşq toplanışı zamanı texniki və taktiki hazırlıqlara üstünlük veriləcək. Bu müddətdə bir neçə yoxlama oyununda da qüvvəsini sınayacaq. Bu qarşılaşmalardakı sınaqçı rəqiblər və oyunların vaxtı yaxın günlərdə müəyyənləşəcək. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.