9 yanvar 2015 01:15
İsrafilov 90 dəqiqə oynadı
İspaniya kubokunun 1/8 final mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Qranada" da növbəti oyununa çıxıb.
Sözügedən komanda doğma meydanda "Sevilya" ilə qarşılaşıb. Oyun futbolçumuzun komandasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Eddi start heyətdə meydana çıxıb. O, 90 dəqiqə mübarizə aparıb.
