9 yanvar 2015 00:45
AZAL-da baş məşqçi dəyişdi
AZAL-ın əvəzedicilərdən ibarət komandasında baş məşqçi dəyişikliyi baş verib. Azerisport.az xəbər verir ki, Mehman Babayevlə yolları ayıran rəhbərlik boş qalmış postu Elnur Zeynalova həvalə edib.
Buna qədər AZAL-ın U-19 komandasını çalışdırmış Zeynalov artıq ötən gün əvəzediciləri məşqə də çıxarıb. (klub saytı)
