8 yanvar 2015 23:10
Azərbaycan millisinin ən yaxşı futbolçusu açıqlandı
Sankt-Peterburqda (Rusiya) Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə Koreya Respublikasına 0:3 hesabıyla məğlub olan Azərbaycan yığmasının ən yaxşı futbolçusunun adı açıqlanıb. Azerisport.az xəbər verir ki, bu, millimizin qapıçısı Tolqa Şahindir.
O, bu görüşdə 3 qol buraxmasına baxmayaraq, turnirin təşkilatçıları millimizin heyətində ən yaxşı kimi məhz Tolqanı fərqləndiriblər.
