8 yanvar 2015 16:30
Millimizin heyətində dəyişiklik olundu
Yanvarın 10-dan 24-nə qədər Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, “İnter”in üzvü Nadir Qasımov zədəli olduğu üçün onu “Qəbələ”dən Elvin İmanlı əvəzləyəcək. (AFFA)
