8 yanvar 2015 15:30
Eddi İsrafilovun millimizdə oynamaq ehtimalı artır
İspaniyanın "Qranada" klubunun yarımmüdafiəçisi Eddi İsrafilov Azərbaycan yığmasında oynayacaq. AFFA-dan azerisport.az saytına verilən xəbərdə bildirilir ki, futbolçunun agenti millimizin rəhbərliyi ilə görüş keçirmək üçün Bakıya gəlib.
Tərəflər demək olar ki, İsrafilovun millimizdə oynaması barədə razılığa gəliblər.
Qeyd edək ki, 22 yaşlı futbolçunun atası Anqoladan, anası isə Azərbaycandandır. Amma o, İspaniya vətəndaşlığını daşıyır.
