8 yanvar 2015 14:00
ÇSKA braziliyalı oyunçunu Azərbaycana buraxmadı
Bolqarıstanın ÇSKA klubunun yarımmüdafiəçi Edenilson Berqonsi karyerasını Azərbaycanda davam etdirə bilərmiş. Azerisport.az xəbər verir ki, o, klublarımızdan birinin maraq dairəsinə düşübmüş.
Bolqarıstan mətbuatının yazdığına görə, adı açıqlanmayan klub ona görə 100 000 avro ödəməyə də hazır imiş. Lakin "hərbçilər" Azərbaycan klubunun bu təklifini qəbul etməyiblər. Onlar 27 yaşlı braziliyalı futbolçunun daha dəyərli olduğunu bəyan ediblər.
