8 yanvar 2015 13:30

Azərbaycan yeni ilin ilk reytinq cədvəlində də gerilədi

FİFA yığma komandaların yeni reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, 2015-ci ilin ilk reytinq siyahısında Azərbaycan millisi 1 pillə geriləməklə diqqət mərkəzinə düşüb.

Yığmamızın hesabında hazırda 215 reytinq xalı var.

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsindəki rəqiblərimizdən yalnız Malta Azərbaycandan geridədir. Bu komanda 166 xalla 147-cidir. Digər rəqiblərimiz arasında İtaliya 1103 xalla 11-ci, Xorvatiya 946 xalla 19-cu, Bolqarıstan 506 xalla 66-cı, Norveç 500 xalla 67-ci pillədə qərarlaşıb.

Avropa ölkələri arasında Azərbaycan yalnız Qazaxıstan, Malta, San-Marino və Andorradan öndədir.

İlk onluqda qərarlaşan komandalar isə bunlardır: Almaniya - 1725 xal, Argentina – 1538, Kolumbiya – 1450, Belçika – 1417, Hollandiya – 1374, Braziliya – 1316, Portuqaliya – 1160, Fransa – 1160, İspaniya – 1142, Uruqvay – 1136.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.