8 yanvar 2015 12:45
Xəzər Lənkəran Almaniya klubu ilə qarşılaşacaq
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Xəzər Lənkəran”ın qardaş ölkədə yoxlama oyunu keçirəcəyi daha bir rəqibi bəlli olub. Azerisport.az xəbər verir ki, cənublular Almaniya çempionatının 3-cü liqasında mübarizə aparan və turnir cədvəlində 12-ci yeri tutan “Kemnitser” klubu ilə qarşılaşacaq.
Oyun yanvarın 13-də baş tutacaq.
