8 yanvar 2015 12:15
Hafiz Məmmədov Madrid derbisini izlədi
“Bakı” klubunun sahibi, iş adamı Hafiz Məmmədov İspaniya Kuboku çərçivəsində keçirilən “Atletiko” - “Real” derbisini izləyib. Azərisport.az xəbər verir ki, Məmmədov Visente Kalderon stadionunda oyuna baxıb. Daha sonra Hafiz Məmmədov “Atletiko” rəsmiləriylə görüşüb.
İspaniya Kubokunun 1/8 final mərhələsinin ilk oyununda “Atletiko” 2:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, “Bakı” klubuyla “Atletiko” arasında imzalanan müqaviləyə əsasən Madrid təmsilçisi meydana üzərində “Azerbaijan. Land of Fire” yazılan formalarda çıxır.
