Yığmamız darmadağınla məğlub oldu
FİFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 27-ci ənənəvi beynəlxalq turnirdə iştirak edən 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, ikinci qrup mərhələsinin H qrupundakı bu dəfəki oyun Cənubi Koreya komandasına qarşı olub.
Ötən gün baş tutan Sankt-Peterburqla oyunda 2:4 hesablı məğlubiyyətlə üzləşən millimiz yenə də meydanı məğlub tərk edib. Peterburqkski İdman-Konsert Kompleksində təşkil olunan oyun futbolçularımızın 3 cavabsız qolla uduzması ilə nəticələnib.
Azərbaycan millisi ilkin qrup mərhələsində Yaponiya (1:0) və Rusiya-2 komandalarına (4:2) qalib gəlmişdi.
Valentin Qranatkinin xatirə turniri
H qrupu
8 yanvar
Azərbaycan - Cənubi Koreya 0:3 (0:1)
