8 yanvar 2015 00:40

Simurqun hazırlıq planında dəyişiklik edildi

Topaz Premyer Liqasında yaranmış qış fasiləsi ilə əlaqədar bir necə günlük istirahətdən sonra "Simurq" hazırlıqlara başlayıb. Azerisport.az xəbər verir ki, yanvarın 6-da birbaşa Antalyaya təlim-məşq toplanışına yollanan komanda "Sirena Belek" otelində məskunlaşıb.

Zaqatala təmsilçisi qardaş ölkəyə aşağıdakı heyətlə yola düşüb:

Qapıçılar: Pavel Kapsa, Amil Ağacanov, Rəşad Əzizli;
Müdafiəçilər: İlkin Qırtımov, Kənan Müslümov, İdan Vaytsman, Adam Banaş, Rüstəm Məmmədov, Tural Axundov, Əli Gökdəmir;
Yarımmüdafiəçilər: Samir Zərgərov, Murad Səttarlı, Patrik Osiako, Benjamin Lambot, Stepan Polyak, Marko Stanoyeviç, Elnur Abdullayev, Vadim Abdullayev, Vüqar Mustafayev, Nicat Muxtarov;
Hücumçular: Draqan Çeran, Rəşad Eyyubov, Orcu Balaşlı.

Gündə iki dəfə olmaqla məşq edən futbolçular təlim-məşq proqramına əsasən ilk bir həftə ərzində fiziki ağırlıqlı çalışmaları yerinə yetirəcəklər. Daha sonra isə taktiki və texniki ağırlıqlı hazırlıqlara start veriləcək. Bu hissədə Georgi Çixradze yetirmələrini yoldaşlıq görüşlərində sınaqdan keçirəcək.

"Simurq"un təlim-məşq praqramında bəzi dəyişikliklər də edilib. Komanda toplanış çərçivəsində əvvəlcədən bildirildiyi kimi 4 yox, 5 yoxlama görüşü keçirəcək. Qarşılaşmalar yanvarın 13-də, 15-də, 18-də, 21-də və 24-də baş tutacaq. Georgi Çixradzenin yetirmələrinin ilk rəqibi Əlcəzairin "Əl-Eulma" klubu olacaq. Oyun Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. İkinci görüşdə "sarı-qaralar" Albaniyanın "Partizani" kollektivi ilə üz-üzə gəlməli idi. Ancaq onların təlim-məşq toplanışına gəlməməsi səbəbindən "Simurq" Almaniyanın "Duysburq" klubu ilə görüşdə gücünü sınaqdan keçirəcək. Üçüncü və dördüncü yoxlama oyunları Qazaxıstanın "İrtış" və Rumıniyanın Curcu şəhərinin təmsilçisi "Astra" klubları ilə olacaq. Komandanın sonuncu rəqibi isə Ukraynanın "Volın" kollektivi olacaq. Son yoxlama matçından sonra "Simurq" tam heyətlə ölkəyə qayıdacaq və Topaz Premyer Liqasının 19-cu turunun hazırlıqlarını doğma arenada davam etdirəcək.

Qış "transfer pəncərəsi"ndə Zaqatala təmsilçisi heyətini də gücləndirməyi planlaşdırır. Təlim-məşq toplanışı çərçivəsində klub rəhbərliyi məşqçilər korpusunun istəyi əsasında heyətə mərkəz müdafiəçisi və hücumçu qatmağa çalışacaq. Artıq bir necə futbolçu ilə danışıqlar gedir. Yaxın günlər bu haqda da əlavə məlumat veriləcək. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.