8 yanvar 2015 00:30

AZAL-da dördü getdi, beşi gəldi

AZAL qış fasiləsini başa vuraraq yenidən bir araya gəlib. Azerisport.az xəbər verir ki, "təyyarəçilər" yanvarın 5-dən etibarən mövsümün 3-cü və 4-cü dövrələrinin hazırlığına start verib.

Təlim-məşq toplanışını Bakıda keçəcək AZAL bu müddətdə bir neçə yoxlama oyunu da keçirəcək. Hələlik rəqiblərin adı bəlli olmasa da, bu yöndə işlər gedir.

Komanda gündə iki dəfə olmaqla məşq edir. Şüvəlandakı bazada qərarlaşan oyunçular adətən, öncə fiziki, sonra isə taktiki-texniki hazırlıq keçir.

"Təyyarəçilər"in ötən gün baş tutan məşqində 5 yeni sima da iştirak edib. Bunlar son klubu “Araz Naxçıvan” olmuş Azər Məmmədov, Ruslan Nəsirli və Aqil Nəbiyev, “Xəzər Lənkəran”dan ayrılan Aleksandr Şemonayev və yenicə “təyyarəçi” olan Nicat Qurbanovdur. Üstəlik, əvəzedici komandadan Əfqan Poladlı, Fərid Hacıyev və Fariz Nəcəfov da əsas komanda ilə birgə məşq keçib. Dizində yüngül zədəsi olan Viktor İqbekoyi isə fiziki hazırlıq üzrə məşqçi ilə fərdi proqram əsasında çalışıb.

Qeyd edək ki, AZAL 4 futbolçu ilə yollarını ayırıb. Qarşılıqlı razılaşma əsasında Con Kordoba, Asif Mirili, Tural Nərimanov və Orxan Səfiyaroğlu komandadan gedib. Əvəzində paytaxt klubu Nicat Qurbanovu transfer edib. Komandanın gücləndirilməsinə çalışan AZAL-ın qış “transfer bazarı”nda ilk transferi məhz bu futbolçu olub. Fevralda 23 yaşı tamam olacaq Qurbanov icarə əsasında “təyyarəçilər”in şərəfini qoruyacaq.  AZAL onu “Neftçi”dən icarəyə götürüb. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.