8 yanvar 2015 00:10

Qəbələnin həkimi: Onların yaxın günlərdə komandaya qoşulacağını demək olar

"Futbolçular istirahətə buraxılarkən başlıca məqsəd onların futboldan müəyyən qədər uzaq durmalarını, psixoloji və fiziki cəhətdən istirahətini təmin etməkdir. Təbii ki, istirahət zamanı fiziki formanı qorumaq, artıq çəkinin yaranmasına imkan verməmək vacib faktordur. Bu baxımdan bütün futbolçulara fərdi olaraq tapşırıqlar vermişdik. Bəzi futbolçular istirahətə zədəli yollanmışdılar. Hansısa problemi olanların düşərgəyə daha yaxşı formada dönmələrini təmin etmək məqsədilə onları fasilə müddətində nəzarətdə saxladıq. Sevindirici haldır ki, belə futbolçularımızdan bəziləri artıq sağlam şəkildə, tam bərpa olaraq komandanın sıralarına dönüb. Uzun müddət zədədən əziyyət çəkən Ruslan Əmircanov və Viktor Mendi kollektivlə birlikdə məşq edir. Ekiqo Ehiosun və Pavol Farkaş komandadan ayrı fərdi hazırlıq keçir. Onların da yaxın günlərdə komandaya qoşulacağını demək olar".

Azerisport.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin həkim-fizioterapevti Rahim Məhərrəmov klub saytına açıqlamasında söyləyib. Hər şeyin plana uyğun inkişaf etdiyini deyən mütəxəssis, hazırda əsas diqqətin futbolçuların vitaminlərlə təmininə və əzələlərin düzgün inkişafına ayrıldığını vurğulayıb.

"İstər istəməz futbolçuların bir çoxunda fasilədən dönərkən az da olsa artıq çəki olur. Amma bu o qədər də önəmli məsələ deyil. Çünki futbolçular məşq posesində qısa zaman kəsiyində artıq çəkidən xilas ola və öz ideal formalarına qayıda bilirlər. Hazırda əsas diqqəti futbolçuların vitaminlərlə təmin olunmasına və müəyyən müddət fiziki yükləmələrdən kənar qalmış əzələlərinin düzgün inkişafına yönəltmişik. Bu mənada qidalanmaya və masaja xüsusi önəm veririk. Hər şey plana uyğun davam edir. Təbii ki, müəyyən əzələ yorğunluqları olur. Bizim də işimiz belə problemləri aradan qaldırmaq, futbolçuların sağlamlığını təmin etməkdir".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.