8 yanvar 2015 00:00
Nikolay Adam: Bu dəfə öz oyunumuzu göstərə bilmədik
FİFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 27-ci ənənəvi beynəlxalq turnirdə keçirilmiş Sankt-Peterburq - Azərbaycan oyunundan sonra millimizin baş məşqçisi Nikolay Adam fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis millimizin 2:4 hesablı məğlubiyyətini belə şərh edib:
“Əvvəlki oyunlardan fərqli olaraq bu dəfə öz oyunumuzu göstərə bilmədik. Xüsusilə hücumdan müdafiəyə, həmçinin əksinə, arxa xəttdən rəqib qapısına doğru keçidlərdə çətinlik yaşadıq. Qarşıda Koreya Respublikası yığması ilə oyunumuz var. İndi həmin qarşılaşmanı düşünməliyik. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Sankt-Peterburq komandası çox gözəl təsir bağışladı”.
