7 yanvar 2015 17:30
Elvir Baliç: Azərbaycandan təklif almışdım
Bosniya və Herseqovina yığmasının sabiq məşqçisi Elvir Baliç Azərbaycan klublarından təklif aldığını bəyan edib. Azerisport.az xəbər verir ki, o, bu barədə Türkiyə mətbuatına müsahibəsində məlumat verib:
"Bosniya yığmasından ayrıldıqdan sonra Türkiyə və Azərbaycandan bəzi təkliflər aldım. Safet Suşiçlə birgə "Çaykur Rizəspor"u çalışdırmağımıza dair bir təklif vardı. Ancaq bu, gerçəkləşmədi. Azərbaycandakı bəzi komandalardan da baş məşqçi təklifi aldım. Amma düzünü bilmək istəyirsinizsə, bunlar çox da diqqətimi çəkmədi. Türkiyədə və ya futbolu daha güclü olan ölkələrdə hədəfləri olan, ciddi bir klubda çalışmaq istəyirəm".
