7 yanvar 2015 17:00
Elnur Allahverdiyevlə bağlı rəsmi açıqlama
“Neftçi” millimizin futbolçusu Elnur Allahverdiyevlə müqaviləni ləğv etməsinə dair bəyanat yayıb. Azerisport.az xəbər verir ki, bəyanatda bunlar qeyd olunub:
“Neftçi” ilə futbolçu Elnur Allahverdiyev arasında müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Azərbaycan milli komandasının üzvünə gələcək karyerasında uğurlar arzulayırıq”.
