7 yanvar 2015 14:55

Ağasəlim Mircavadov: Berti Foqts yerli məşqçilərlə görüşməyi xoşlamırdı

AFFA-nın məşqçilər şurasının üzvü Ağasəlim Mircavadovun azerisport.az saytına müsahibəsi

- PFL prezidenti Ramin Musayevlə görüşünüzdə hansı məsələləri müzakirə etdiniz?
- Bütövlükdə, ölkə çempionatını müzakirə etdik, Premyer Liqa oyunlarına marağı artırmaqla bağlı fikirlərimizi bölüşdük. Qərara gəldik ki, klubların qış toplanışı başa çatandan sonra bir daha görüşək.

- Düşünmürsünüz ki, cari mövsümdə azarkeş artımına nail olmaq çətin olacaq? Elə "Xəzər Lənkəran"dakı yeni dəyişiklikləri nəzərə almaq yetərlidir...
- İnanmıram ki, "Xəzər Lənkəran" kimi klub yüksək yerlər uğrunda oynamaqdan imtina etsin. Mümkündür ki, bu komanda qış fasiləsindən sonra da əvvəlki kimi iddialı olsun.

- Türkiyə və Rusiya kimi qonşu ölkələrdə legionerlərə qoyulan limit ləğv olundu. Məşqçilər şurası Azərbaycan çempionatındakı legioner limiti barədə nə düşünür?
- Bunu ilk növbədə klublarla müzakirə etmək lazımdır. Biz klubların təlim-məşq toplanışlarında da olacağıq, onlarla söhbətlər aparacağıq. Onların fikri çox önəmlidir.

- İşiniz yalnız klubların məşqlərini, oyunlarını izləməkdən ibarət olacaq?
- Klublarla yanaşı, 16 və 17 yaşadək futbolçulardan ibarət yığmamız da orada hazırlıq keçəcək. Məşqləri, oyunları izləyəcəyik, iş prosesləri ilə maraqlanacağıq, fikir mübadiləsi aparacağıq.

- U-19 yığmamızın Sankt-Peterburqdakı Valentin Qranatkin turnirində çıxışını necə qiymətləndirə bilərsiniz?
- Fikrimcə, Yaponiya və Rusiya-2 komandaları üzərindəki qələbələr uğurlu nəticədir. Şahin Diniyev onların çıxışını izləyir və futbolçularımız barədə informasiya toplayır.

- Yeni ildə millinin baş məşqçisi Robert Prosineçki ilə görüşünüz olub?
- O, artıq Bakıya qayıdıb və mümkünür ki, yaxın günlərdə görüşək. Burada görüşə bilməsək də, Türkiyədə mütləq görüşəcəyik. Orada hər gün bir-birimizi görəcəyik. Biz ona əlimizdən gələn köməyi edəcəyik, yekun qərarları isə özü qəbul edəcək.

- Sabah yığma hansısa uğursuzluqla üzləşsə, o, məşqçilər şurası tərəfindən təzyiq olduğunu iddia etməz?
- Onun işə yanaşması mənim xoşuma gəlir. O, özü bizimlə görüşmək arzusunda olduğunu bildirib. Prosineçki bizdən yalnız kömək ala bilər. Ona heç bir təzyiq göstərmək fikrimiz yoxdur. Hazırda yerli futbolu biz ondan daha yaxşı tanıyırıq. Biz sadəcə, ona məsləhət veririk, maraqlandığı sualları cavablandırırıq.

- Sizcə, Berti Foqtsun dönəmində də məşqçilər şurasını yaratmaq faydalı ola bilərdi?
- Bəlkə də azərbaycanlı mütəxəssislər arasında mənim qədər onunla görüşən olmayıb və onun necə insan olduğunu bilirəm. O, belə görüşləri xoşlamırdı. Almaniyalı mütəxəssis hər şeyin onun istədiyi kimi olmasını istəyirdi. Prosineçki isə tam fərqlidir, o, müzakirələrə hər zaman açıqdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.