7 yanvar 2015 14:30
Neftçi əvəzedici komandasını da Türkiyəyə göndərir
"Neftçi"nin əsas komandası ilə yanaşı, əvəzedici heyəti də hazırlığın ikinci mərhələsini Türkiyənin Antalya şəhərində keçəcək. Azerisport.az xəbər verir ki, 11 yanvar tarixində 23 nəfərlik futbolçu heyəti ilə Antalyaya yollanacaq əvəzedici komandanın təlim-məşq toplanışı 24 yanvar tarixində yekunlaşacaq.
Bu müddət ərzində komanda bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq. Hazırlıq prosesi zamanı əvəzedici heyətin bir neçə futbolçusu əsas komandanın düşərgəsinə qoşulacaq. (klub saytı)
