7 yanvar 2015 13:45
"Azərbaycanın güclü komandası var"
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 19 yaşadək futbolçular arasındakı turnirdə Azərbaycan yığması ilə eyni qrupda yer alan Sankt-Peterburq komandasının baş məşqçisi Vladimir Kazaçonok millimizlə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycan yığmasının iki oyununa baxmışam. Güclü komandadır. Onlarla oyuna yüz faiz hazır olmalıyıq. Proqnoz verməyəcəyəm. Hər şeyi oyun göstərəcək".
