7 yanvar 2015 13:30
Arif Əsədov Elnurdan imtinanın səbəblərini açıqladı
"Neftçi"nin baş məşqçisi Arif Əsədov Elnur Allahverdiyevdən imtina etmələrinin səbəblərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Onun "Xəzər Lənkəran"la oyunda aldığı qırmızı vərəqə bu qərarda həlledici rol oynadı. Biz onu dəvət etmişdik ki, komandaya kömək olsun. Amma ən məsuliyyətli zamanda o, bizə kömək edə bilmədi. Onun həm çempionatdakı, həm də kubokdakı cəzası davam edir. Elnurla danışdıq və ikitərəfli qaydada razılaşmanı ləğv etdik. Bu əməkdaşlığa görə ona təşəkkürümüzü bildiririk. Az oyun keçirsə də, bizə köməyi dəydi".
