7 yanvar 2015 12:45
İnter Rodanın futbolçusu ilə güclənə bilər
Hollandiyanın "Roda" klubunun yarımmüdafiəçisi Vilyan Pleym karyerasını Azərbaycan çempionatında davam etdirə bilər. Azerisport.az xəbər verir ki, 26 yaşlı xavbek hazırda bir neçə klubun maraq dairəsindədir ki, onlardan da biri Bakı "İnter"idir.
Holland həmkarlarımızın yazdığına görə, indiki klubunda əsas heyət oyunçusu olmasına baxmayaraq, Pleym legioner həyatı yaşamaq iddiasındadır. Bu üzdən də onun Azərbaycan klubuna keçməsi istisna olunmur.
Qeyd edək ki, Vilyanın xidmətində maraqlı olan digər klubların "Villem II" və NAK olduğu bildirilir.
