7 yanvar 2015 12:20
Ayntraxt qapıçısını satır
Almaniyanın "Ayntraxt" klubu qapıçısı Feliks Vidvaldı sata bilər. Azerisport.az xəbər verir ki, bunu iki səbəblə izah edirlər.
Birincisi, Bremen "Verder"i Frankfurt təmsilçisinin qapıçısını heyətində görmək istəyir. İkincisi isə, "Ayntraxt"ın qapıçılarının say çoxluğudur. Çünki bir müddət öncə azərbaycanlı qapıçı Emil Balayevin transferindən sonra onların sayı dördə yüksəlib. Vidvaldla Balayevdən başqa bu komandanın Kevin Trapp və Timo Hildebrand kimi qapıçıları da var.
Vidvaldın satışı Emil Balayev üçün bu mövsüm Bundesliqada debüt etmək şansı yarada bilər. Yayda isə Hildebrandın komandadan ayrılması gözlənilir ki, bu, azərbaycanlı qolkiperin əsas heyətdə uğrunda rəqabət aparmasını daha da asanlaşdıracaq.
