7 yanvar 2015 12:10
Fizulu Cavadov: Qaziantep BB Vaqiflə müqaviləyə birtərəfli xitam verə bilməz
Veteran futbolçu Fizuli Cavadov oğlu, Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovun Türkiyənin "Qaziantep BB" klubundan uzaqlaşdırılması barədə yayılan xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu xəbərlər həqiqəti əks etdirmir. İki gün əvvəl Vaqif istirahətə gəlmişdi. Klubdan ona deyiblər ki, yanvarın 10-da bir araya gələcəklər. Əgər belə bir şey olsaydı, onun özünə də deyərdilər. Həm də onların müqaviləni birtərəfli qaydada pozmaq hüquqları yoxdur. Bunun üçün bizim də razılığımız lazımdır. Yəqin ki, nəsə anlaşılmazlıq olub. Vaqif artıq öz meneceri ilə danışıb. Bu axşam bizə rəsmi məlumat verəcəklər".
