7 yanvar 2015 11:50

Rəşad Sadiqov: Mənim üçün uyğunlaşmaq çox rahat oldu

“Qəbələ”nin yeni futbolçusu - qış fasiləsində heyətə cəlb olunan Rəşad Sadiqov artıq komanda ilə Antalya toplanışının 2 gününü geridə qoyub. Azerisport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi yeni klubu və hazırlıq prosesi ilə bağlı təəssüratlarını bölüşüb. Sadiqov klub saytına açıqlamasında artıq kollektivə uyğunlaşdığını, özünü komandada yeni hiss etmədiyini bildirib:

“Qəbələ”nin düşərgəsində olduğum qısa müddətdə həqiqətən də çox xoş təəssüratlarım formalaşıb. Yeni komandamda çox isti qarşılandım. Sanki neçə ildir bu komandada oynayıram. Komandaya uyğunlaşmaqda heç bir çətinlik olmadı. Heyətdə bir neçə futbolçu var ki, onlarla Azərbaycan millisində çiyin-çiyinə mübarizə aparırıq. Digər yerli futbolçuların hamısı ilə də öncədən yaxşı münasibətlərimiz var. “Qəbələ”nin legionerləri ilə də rəqib kimi qarşılaşdığım vaxtlardan xoş ünsiyyətim olub. Bu üzdən də mənim üçün uyğunlaşmaq çox rahat oldu. Hazırlıqlarımız plan üzrə gedir, hamı öz ideal formasına düşməyə çalışır. Heç bir futbolçunun ilk “11-lik”dəki yeri təmin olunmayıb. Oyunçunun özü çalışmalıdır ki, buradakı yerini qazanıb, onu qorusun. Mən də əlimdən gələni edəcəyəm ki, əsas heyətdə möhkəmlənim və komandanın uğurları üçün tər töküm”.

Yarımmüdafiəçi Antalya toplanışındakı hazırlıqlar və baş məşqçi Roman Qriqorçuk haqda da fikirlərini açıqlayıb:

“Komandanın mövsümün ikinci yarısına hazırlaşması üçün hər cür şərait yaradılıb.  Türkiyənin ən yaxşı otellərindən birində məskunlaşmışıq. Toplanışın ilk günlərində əsasən fiziki hazırlıqlara üstünlük verilib. Hər şey məşqçinin tərtib etdiyi proqram üzrə gedir. Bütün futbolçular da canla-başla çalışır. Əlimizdən gələni edirik ki, daha yaxşı formada olaq və “Qəbələ” uğurlu nəticələrlə layiq olduğu pillələrdə qərarlaşsın. Komandamızın çempionatı uğurla başa vurması üçün əlimizdən gələni edəcəyik. Hələ taktiki çalışmalara başlamadığımızdan baş məşqçimiz Roman Qriqorçukun hansı oyun sisteminə üstünlük verəcəyini deyə bilmərəm. O, futbolçularla yaxşı anlaşır, ünsiyyət qurur. Bir insan kimi yüksək keyfiyyətlərə malikdir. Hər gün iclas keçirib, bizimlə söhbət edir. Yəqin ki, yaxın günlərdə oyun planındakı düşüncələrini də bizimlə bölüşəcək”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.