7 yanvar 2015 11:40

"Üzərimə düşən məsuliyyəti yaxşı başa düşürəm"

"Qəbələ" Futbol Akademiyasının yetirməsi, komandanın Antalya düşərgəsindəki ən gənc futbolçu Qismət Alıyev təəssüratlarını bölüşüb. Azerisport.az xəbər verir ki, ilk dəfə əsas komanda ilə ölkə xaricinə səfər edən 18 yaşlı yarımmüdafiəçi bu toplanışın onun üçün həm böyük təcrübə, həm də gözəl şans olduğunu söyləyib:

"Premyer Liqanın ikinci dövrəsinin son oyunundan - "İnter"lə qarşılaşmadan öncə əsas komandanın heyətinə qatıldım. Ona qədər əvəzedici komandanın uğurları üçün tər tökürdüm. Bu mənim üçün çox sevindirici hal oldu. Hazırda əsas komandanın Antalya toplanışında mövsümün ikinci yarısına hazırlaşırıq. Üzərimə düşən məsuliyyəti yaxşı başa düşürəm. Bu həm böyük təcrübə, həm də gələcəyim üçün gözəl şansdır. Özümü yaxşı tərəfdən göstərməyə, mənə verilən bu şansdan yararlanmağa çalışıram".

Alıyev məşqçilər heyətinin və təcrübəli futbolçuların ona dəstək olduğunu, bu halın onu daha da həvəsləndirdiyini söyləyib:

"Öz gücümə və bacarığıma güvənirəm. Amma gənc və təcrübəsizəm və bu mərhələdə hansısa səhvlər qaçılmazdır. Bütün futbolçular karyeralarında sözügedən etapı keçiblər. Təbii ki, bu mərhələni uğurla adlamaqda kollektiv də böyük rol oynayır. Məşqçilər korpusu və təcrübəli futbolçular həm meydanda, həm də meydandan kənarda heyətimizdəki gənc futbolçulara dəstək olurlar. Bizlərə peşəkar futbolçu kimi yetişməkdə yardım edirlər. İnanıram ki, bu toplanışdan lazımınca yararlanmağı bacaracağam və mənə olan inamı doğruldacağam". (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.