7 yanvar 2015 19:25
Millimiz Sankt-Peterburqa uduzdu
FİFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 27-ci ənənəvi beynəlxalq turnirdə iştirak edən 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, futbolçularımız ikinci qrup mərhələsinin H qrupunda Sankt-Peterburq komandası ilə qarşılaşıb.
Peterburqski İdman-Konsert Kompleksində keçirilən oyun yığmamızın məğlubiyyəti ilə başa çatıb.
Valentin Qranatkinin xatirə turniri
H qrupu
7 yanvar
Azərbaycan - Sankt-Peterburq 2:4 (1:1)
