7 yanvar 2015 11:30
Emeqara Qarabağdan getməsinin səbəbini açıqladı
"Qarabağ"ın sabiq hücumçusu İnnosent Emeqara Azərbaycandan ayrılmasının səbəblərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, "LandBote"yə açıqlamasında bunları söyləyib:
"Azərbaycanla bağlı heç bir mənfi xatirəm yoxdur. Orada futbolu peşəkarlar idarə edirlər. Yerli çempionat İsveçrə liqası səviyyəsindədir. Amma mən ailəmdən çox uzaqda idim. Buna görə də geri qayıtmağa qərar verdim".
